Məxfilik Siyasəti

Məxfilik Siyasəti

Son yenilənmə: 22.07.2026

Bu Məxfilik Siyasəti Tezz MMC tərəfindən idarə olunan Tezz Loyalty mobil tətbiqləri və tezz.me platforması üçün keçərlidir. Xidmətlərimizdən istifadə etməklə bu siyasəti qəbul etmiş olursunuz.

1. Topladığımız məlumatlar

2. Məlumatların istifadəsi

Məlumatlarınız yalnız bu məqsədlərlə istifadə olunur: loyallıq xidmətlərinin göstərilməsi (bal, kupon, hədiyyə, rezervasiya), hesabınızın təhlükəsizliyi, bildirişlərin çatdırılması, qanuni öhdəliklərin yerinə yetirilməsi.

3. Məlumatların paylaşılması

Şəxsi məlumatlarınız üçüncü tərəflərə satılmır. Yalnız bunlarla məhdud paylaşma aparılır: üzv mağazalar (yalnız sizinlə bağlı əməliyyat konteksti — məsələn, kuponunuzu təsdiqləyərkən), ödəniş provayderi (Payriff — ödəniş emalı üçün), push bildiriş xidməti (Firebase).

4. Saxlama müddəti və silinmə

Hesabınızı istənilən vaxt tətbiqdən silə bilərsiniz (Profil → Hesabı sil). Silinmə sorğusundan sonra hesab 60 gün ərzində deaktiv saxlanılır (fikrinizi dəyişsəniz bərpa üçün), sonra şəxsi məlumatlar qaytarılmaz şəkildə anonimləşdirilir. Qanunla tələb olunan maliyyə qeydləri anonim formada saxlanıla bilər.

5. Təhlükəsizlik

Məlumatlar şifrələnmiş kanallarla (TLS) ötürülür, parollar heş formasında saxlanılır, giriş tokenləri müddətlidir.

6. Hüquqlarınız

Məlumatlarınıza baxmaq, düzəltmək, silmək və emala etiraz etmək hüququnuz var. Müraciət: [email protected]

Son yenilənmə: 22.07.2026

Məxfilik Şərtlər Hesabın silinməsi Dəstək